Cəmi 4 ayın Əsgəri, ailənin 3 övladından biri-ŞƏMKİRİN SONUNCU ŞƏHİDİ – ANAR RÜSTƏM OĞLU KAZIMOV – BU GÜN ŞƏHİDİN YEDDİ MƏRASİMİ İDİ… – FOTOLAR – YENİLƏNİB

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində Səhid olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu-Əsgər Anar Rüstəm oğlu Kazımovun bu gün yeddi mərasimi idi…

Goranboy rayonundan olan Qazilər-Fuad Həsənoov və Osman Quliyevlə birlikdə bu gün Şəhidin yeddi mərasimində iştirak, ailəsini ziyarət etmək üçün Anar Kazımovun doğulub boya-başa çatdığı Şəmkirin Qaracəmirli kəndinə üz tutduq…

Şəhidin ailə üzvlərinə başsalığı verdik, onlara Allahdan səbr və dözüm arzuladıq…

Anar Kazımovun müqəddəs ruhu qarşısında baş əydiyimizi bildirdik, “Məkanı cənnətlik, məqamı Uca olsun!”-dedik…

Yeddi mərasimində təxminən iki saata yaxın iştirak etdik…

Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, doğmaları ilə yanaşı kənd və Şəmkir sakinləri, Goranboy, Samux, Bərdə və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri və başqa şəxslər iştirak edirdilər…

Qeyd edək ki, Anar Rüstəm oğlu Kazımov 2004-cü ilin fevral ayının 16-da Qaracəmirlidə, sadə bir ailədə dünyaya gəlib…

Ailənin 3 övladından biri olub…

Anar Kazımovun özündən başqa bir bacısı və bir qardaşı var…

Atasını illər öncə itirib…

Bu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb…

Və cəmi 4 ayın Əsgəri olub…

O, həm də subay olub…

Nəşi Qaracəmirli kənd qəbiristanlığında dəfn edilib…

Ruhu şad, dərgahı mübarək olsun!

Nur içində yatsın!

15:02

***

FOTOLAR:

ANA, ANALAR YANAR, AĞLAR…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ukraynadakı müharibənin nə qədər davam edəcəyini və nəticələrin necə olacağını proqnozlaşdırmaq mümkün deyil”-NATO-NUN BAŞ KATİBİ

Read Next

Daha 534 yeni yoluxma-DAHA 6 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir