Cəmi bir ay bir gündən sonra Cənnətdəki ikinci doğum günü, 35 yaşı tamam olacaq-ŞƏHİDİMİZ, VƏTƏN SEVDALIMIZ ELMAR ŞİRZAD OĞLU NƏSİBOV – ŞƏHİDİN ANASINA “VƏTƏN NAMİNƏ” TƏŞKİLATININ “ŞƏHİD ANASI” MEDALI TƏQDİM OLUNDU – FOTOLAR – YENİLƏNİB

Bu gün daha bir İkinci Vətən Müharibəsi Şəhidinin ailəsini, anasını ziyarət etdim...

Axşam saatlarına yaxın daha bir Şəhidimizin ocağına, anasına baş çəkdim…

Sumqayıtın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan 35 yaşlı və bir qız övladı Vətənə əmanət qalan Elmar Şirzad oğlu Nəsibovun ocağında oldum…

Şəhidimizin ocağını, anasını-Sürəyya xanımı, Sürrəya müəlliməni ziyarətə də Sumqayıtlı İkinci Vətən Müharibəsi Şəhidlərimizdən olan Səbuhi Həqənquliyevin anası Maisə xanımla birlikdə getmişdim…

Qeyd edim ki, iki övladından, iki oğlundan birini Vətən yolunda Şəhid vermiş Maisə xanım həm də gözəl şeirlər müəllifidir, Vətən, Şəhidlərə…həsr olunmuş onlarla, yüzlərlə şeiri var…

Hətta şeirlərindən bir çoxuna mahnılar da bəstələnib…

Ziyarət zamanı Şəhidimizin ailəsinə, anasına bir daha başsağlığı verdik, bir daha ona Allahdan səbr və dözüm arzuladıq..

“Bir daha Şəhidimizin məqamı uca, ruhu şad olsun!”-dedik…

Bir daha Elmar Nəsibov da daxil olmaqla, cəmi Şəhidlərimizin ruhları qarşısında baş əydiyimizi söylədik…

Onu da qeyd edim ki, Elmar Nəsibov 1987-ci ilin sentyabr ayının 19-da Sumqayıt şəhərində anadan olub…

Ailənin iki övladından biri və tək oğlu olub…

Cəmi bir ay bir gündən sonra Cənnətdəki ikinci doğum günü, 35 yaşı tamam olacaq…

O, peşəkar hərbçi, Gizir kimi fəaliiyət göstərib…

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub…

Döyüşüb, vuruşub və oktyabr ayının 12-də Füzuli rayonu istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına yüksəlib…

Nəşi bir gün sonra, oktyabrın 13-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub…

Ancaq hansı ki, peşəkar hərbçi kimi daha çox medalı və ali ordenlərimizdən birini Haqq edir…

Və Haqqını da almalıdır, Haqqı da tanınmalıdır!

Şəhidimizin anası ilə bir xeyli söhbətləşdik, dərdləşdik, ona təsəlli verməyə çalışdıq…

Ziyarətim, ziyarətimiz təxminən iki saata yaxın çəkdi…

Ziyarətimizin sonunda Şəhidimizin anası Sürəyya Nadir qızı Mehdiyevaya Qubalı İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsinin təqdim etdim…

Sürəyya xanım da öz növbəsində Tünzalə xanıma və “Vətən Naminə” təşkilatına minnətdarlığını ifadə etdi...

Allah Şəhidimizin məkanını cənnətlik etsin, ailəsinə, övlad acısı çəkən Nur üzlü anasına səbr və dözüm versin!

Nur içində uyusun, 35 yaşlı Şəhidimiz!

22:30

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

30 yaşı tamam olan Şəhid Saleh Əliyevin Cənnətdəki ikinci doğum günündə-ZABİRLƏR EVİNDƏ ANIM TƏDBİRİ KEÇİRİLDİ, MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ, ANASINA “ŞƏHİD ANASI” MEDALI TƏQDİM EDİLDİ – FOTOLAR YENİLƏNİB – (2)

Read Next

Zelenski ilə Putin-BALİDƏ BİR ARAYA GƏLƏ BİLƏR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir