Cəmi bir neçə ayın içində hər iki oğlunu itirən Behbudovlar ailəsinin Şəhid övladı-NOFƏL BEHBUDOVUN BU CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, 22 YAŞI TAMAM OLUR…- FOTOLAR – YENİLƏNİB – (1)

Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nofəl Həmid oğlu Behbudovun bu gün doğum günüdür.

Nofəl Behbudovun bu gün 22 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Nofəl Behbudov 2001-ci ilin iyun ayının 7-də Goranboy rayonunun Səfikürd kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından və iki qardaşdan biri olub.

2007-2018-ci illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən sonra, 2019-cu ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycan Ordusunun-Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Əsgəri kimi döyüşlərdə iştirak edib.

Kəlbəcərdən, Cəbrayıldan, Füzilidən Xocavəndə, Xocavənddən Şuşayacan uzun və şərəfli döyüş yolu keçib.

Şuşa şəhəri işğaldan azad olunan gün, 8 noyabr tarixində Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi isə gün sonra, 12 noyabr 2020-ci il tarixində Səfikürd qəbiristanlığındakı Şəhidlər mərazlığında dəfn olunub.

Şəhidliyindən sonra altı medal və bir ordenlə-3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Nofəl həm də subay idi.

Böyük qardaşı Tapdıq isə Nofəlin Şəhidliyindən cəmi bir neçə ay öncə avtoqəza nəticəsində faciəli şəkildə dünyasını dəyişib.

Tapdıq da Nofəl kimi subay olub.

Cəmi bir ilin və bir neçə ayın içində Behbudovlar ailəsi hər iki oğlunu itirib.

Hazırda Behbudovlar ailəsinin tək övladı olan Səbinə adlı qızları isə ailəlidir.

Onun övladına Şəhidin arzusu ilə Zəfər adı qoyulub.

***

Bu gün Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Məzarı başında qısa çıxışlar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Sonra Şəhidin ocağında, ailəsinin yaşadığı evdə Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclis düzənlənib, bir daha ruhuna dualar olunub.

Şəhidin Cənnətdəki üçüncü doğum günü təbrik edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclisdə ailə üzvləri, yaxınları, Goranboy, Bərdə Naftalandan olan Şəhid ailələri, Qazilər, hərbçilər, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri, Qazanbulaq qəsəbə tam orta məktəbinin müəllim və şagirdləri və digər şəxslər iştirak ediblər.

Məqamı Uca, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

12:57

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Nəşi 8 ay 10 gündən sonra Əbədiyyətə uğurlanan-AĞDAŞLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏKBƏR MƏSİMOVUN BU GÜN ANIM GÜNÜDÜR…- FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Ermənistan sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesini müxtəlif bəhanə və təxribatlarla ləngidir”-CEYHUN BAYRAMOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir