“Cəmiyyətə süni gündəm təqdim etməyə çalışırlar ki…” – HİKMƏT BABAOĞLU

Azərbaycanda Milli Məclisin buraxılması, yaxud, özünü buraxması, yeni seçkilərin keçirilməsinin nəzərdə tutulması ilə bağlı heç bir məlumatım yoxdur və bu barədə danışmağı da doğru hesab etmirəm. Hazırda ölkəmzdə ciddi islahatlar həyata keçirilir, ölkəmizin yeni inkişaf perspektivləri formalaşır, sabitlik hökm sürür və bütün bunlar mürəkkəb tarixi mərhəldə və gərgin geostrateji şərtlərdə Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycandan kənarda isə aid olduğumuz regionda regional maraqları ciddi şəkildə təhdid edən hadisələr baş verir, bəzi ölkələrdəki ekstrimal hadisələr Qlobal güc mərkəzlərinin regionumuzda toqquşan maraqlarının nəticəsi kimi meydana çıxır və pis nümunə təşkil edir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onu sözlərinə görə, görünür bütün bunların baş verdiyi şəraitdə Azərbaycanda sabitliyin qorunması, milli inkişafın təmin edilməsi bəzi güc mərkəzlərini narahat edir və ölkəmizin siyasi gündəmini dəyişmək üçün müxtəlif media manipuliyasiyaları vasitəsilə cəmiyyətə süni gündəm təqdim etməyə çalışırlar.

hikmet_babaoglu_2

“Milli Məclislə bağlı mövzunun vaxtaşırı informasiya dövriyyəsinə gətirilməsi də belə manipuliyasiyalardan bir ola bilər.

Ona görə də hadisələri qabaqlamaq deyil, qəbul edilən qərarları izləmək daha doğrudur.

Xalqımızın, dövlətimizin maraqları nəyi diqtə edirsə, onu realizə edəcək addımlar da atılacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Etimadı doğruldan, fəal deputatların namizədlikləri yenidən veriləcək” – DEPUTAT

Read Next

Ture bu dəfə “Çindao Haynyu” klubunda…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir