Cənnətdəki ikinci ad günündə, 26 yaşının tamamında-ŞÖVQİ İSMAYILZADƏNİN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, MƏRASİM DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (2)

Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin iki övladından biri, tək oğul, bir qız atası, MAXE Şövqi Raqub oğlu İsmayılzadınin Cənnətdəki ikinci ad günü, 26 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Bəcirəvan kənd qəbiristanlığında məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, ziyarətdə Şəhidin valiseynləri-anası Hicran xanım, atası Raqub İsmayılzadə, yaxınları, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri və başqa şəxslər iştirak ediblər.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ziyarətdən sonra Şövqi İsmayılzadənin ailəsinin yaşadığı evin həyətində Şəhidin adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.

Açılış mərasimində də Şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri, Şəhid ailələri, hərbçilər, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

“Şəhid bulağı”nın açılışından sonra Şövqi İsmayılzadənin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Daha sonra Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunub, çıxışlar edilib, Şəhidə, Vətənə aid mahnılar, İlahilər ifa olunub.

Məqamı Uca, Cənnətdəki ikinci ad günü, 26 yaşı mübarək olsun!

Etikxeber.az ziyarət, açılış və mərasimdən fotoları təqdim edir:

13:30

***

MƏZARININ ZİYARƏTİ…”ŞƏHİD BULAĞI”NIN AÇILIŞI…

ŞƏHİDİN ATASI…RAQUB ATA…QƏHRƏMAN ATA…

15:30

***

VƏ CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM…

16:15

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin tək oğlu Sövqi İsmayılzadənin Cənnətdəki ikinci ad günü: BU GÜN ŞƏHİDİN 26 YAŞI TAMAM OLDU – FOTOLAR – YENİLƏNİB

Read Next

Əliyevlə Ərdoğan arasında növbəti dəfə-TELEFON DANIŞIĞI OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir