Cənnətdəki ikinci ad günündə, 32 yaşının tamamında-ŞƏHİD ASƏF ƏSGƏROVUN MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (2)

Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin 3 övladından biri, iki övlad, iki oğul atası, peşəkar hərbçi-Gizir, “Qarabağ” ordenli Asəf İlqar oğlu Əsgərovun 32 yaşının tamam olması, Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün səhər saatlarında Boyəhmədlidəki (Mustafaağalıdakı) məzarı ziyarət olunub.

Etikxeber.az-ın xəbərinə görə, ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib.

Ziyarətdə Şəhidin valideynləri, həyat yoldaşı, yaxınları, Bərdədən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblilər, Bərdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, millət vəkili Fatma Yıldırımın köməkçisi və digər şəxslər iştirak ediblər.

Ziyarətdən sonra Şəhidin doğulub boya-başa çatdığı Boyəhmədli kəndində, valideynlərinin yaşadğı evdə Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim keçirilib, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, Asəf Əsgərov və cəmi Şəhidlərin ruhuna dualar oxunub.

Sonra çıxışlar edilib.

Çıxışlarda Asəf Əsgərov və cəmi Şəhidlərin İgidliyindən və Qəhrəmanlığından, tarixi Qələbə və Zəfərimizdəki xidmətlərindən bəhs olunub.

Qeyd edilib ki, tarixi Qələbə və Zəfərimizə görə, Asəf Əsgərov da daxil olmaqla cəmi Şəhidlərimizə borcluyuq və onlara olan borcumuz heç zaman ödənməyəcək.

Mərasimdə həmçinin məktəblilər, azyaşlılar tərəfindən Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Cənnətdəki ikinci ad günü mübarək olsun, Nur içində yatsın!

Etikxeber.az ziyarətdən və mərasimdən fotoları təqdim edir:

13:30

***

MƏZARININ ZİYARƏTİ…

14:55

***

VƏ CƏNNƏTDƏKİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM…ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN AİLƏLƏR…DƏRD VƏ QÜRUR ORTAQLARI…QAZİLƏR…VƏTƏN SEVDALILARI…

ŞƏHİDLƏRİN XATİRƏSİNİN BİR DƏQİQƏLİK SÜKUTLA YAD OLUNMASI, DÖVLƏT HİMNİNİN SƏSLƏNDİRİLMƏSİ…

ŞƏHİDİN ÖZÜ KİMİ QƏHRƏMAN VALİDEYNLƏRİ… İŞ, HƏRBÇİ YOLDAŞLARI, QAZİLƏR…

15:50

***

QARŞILARINDA BAŞ ƏYİLƏN, BAŞ ƏYİLƏCƏK ANALAR, AZƏRBAYCAN XANIMLARI…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

200 min insan Ukrayna bayraqları qaldıraraq ölkəmizə dəstək ifadə ediblər-UKRAYNANIN BAŞ NAZİRİ – FOTO

Read Next

Laçın istiqamətində itkin düşmüş hərbi qulluqçularımızın axtarışı davam edir-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir