Cənnətdəki ilk ad günü: 3 ÖVLAD ATASI ŞƏHİD ELÇİN MİRZƏYEVİN XATİRƏ LÖVHƏSİNİN AÇILIŞI OLDU, ŞƏHİD QIZLARI ATALARINA YAZDIQLARI MƏKTUBLARI OXUDU, DUYĞULU ANLAR YAŞANDI…-FOTOLAR – YENİLƏNİB

Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elçin Maqsud oğlu Mirzəyevin yaşadığı binada xatirə lövhəsinin açılışı olub.

Etikxeber.az-ın xəbərinə görə, açılışda Şəhidin həyat yoldaşı və 3 övladı, qohumları, Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri, Mingəçevir sakinləri, məktəblilər iştirak ediblər.

Açılışda Dövlət himni səsləndirilib, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış mərasimində həmçinin çıxışlar edilib, Elçin Mirzəyev də daxil olmaqla, cəmi Şəhidlərin igidliyindən, qəhrəmanlığından bəhs olunub, məktəblilərin ifasında Şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.

Bildirilib ki, 44 günlük müharibə nəticəsində əldə edilən Qələbə və Zəfərin müəllifi və müəllifləri Ali Baş Komandan başda olmaqla, canlarını Vətən yolunda fəda edən Şəhidlər, o cümlədən Qazilər və İkinci Vətən Müharibəsi iştirakçılarıdır.

Qeyd olunub ki, tarixi Qələbə və Zəfərimizə görə, Elçin Mirzəyev kimi Qəhrəman, İgid Azərbaycan oğullarına borcluyuq, onlara minnətdarıq, onlar heç zaman unudulmamalı və unutdurulmamılıdır.

13:37

***

Şəhidin həyat yoldaşı Günel xanım belə bir gündə onu, övladlarını, Şəhidin yaxınlarını tək buraxmadıqları, onların yanında olduqları üçün mərasim iştirakçılarına, xüsusilə, Şəhid ailələrinə minnətdarlığını bildirib.

“Biz ötən il Elçinin ad gününü birlikdə, sevinclə qeyd etmişdik…Bu gün isə onun ad gününü, Cənnətdəki ilk doğum günü, 30 yaşını onsuz keçiririk (Səsi titrəyir) …Mənim üçün danışmaq çox çətindir…Hisslərimi ifadə etməyə söz tapmıram…Allah Elçin də daxil olmaqla, cəmi Şəhidlərimizin məzarını nurlu doldursun“-deyə, Günel xanım sözlərinə əlavə edib.

Sonra Şəhidin bibisi, qardaşı Ariz, Şəhid anlarından Simzər xanım, Tahirə xanım, Saqibət xanım, Şəhla xanım və digər Şəhid anaları və ataları çıxış ediblər.

Daha sonra Şəhidin qızları Əsma Aylin atalarına yazdıqları məktubları oxuyublar və mərasim iştirakçılarına duyğulu, təsirli anlar yaşadıblar.

Onların hər ikisi mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Mərasim təxminən iki saata yaxın, saar 12:00-dan 14:00-a qədər davam edib.

***

Qeyd edək ki, əslən Goranboyun Xanqərvənd kəndindən olmuş, Yevlax şəhərində böyüyüb boya-başa çatmış və son illərini ailəsi ilə birgə Mingəçevirdə yaşamış Elçin Mirzəyevin bu gün həm də doğum günü, Cənnətdəki-Cənnətindəki ilk ad günüdür.

O, 1985-ci ilin iyulun 31-ində anadan olub.

1991-ci ildə elə Yevlax rayonunda birinci sinfə gedib, 2002-ci ildə isə orta məktəbi bitirib.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra Mingəçevir şəhərindəki Tibb Kolleçində diş texnikliyini oxuyub.

2007-ci ildə ailə həyatı qurub və bu evlilikdən 3 qız övladları dünyaya gəlib.

Elçin bir müddət öz peşəsi, öz sənəti ilə məşğul olsa da, sonra ondan ayrılıb və taleyini Ordu, hərb ilə bağlayıb, son ildə-Şəhidliyinə qədər-MAXE olub.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub, ağır döyüşlərdən birində yaralanıb və oktyabrın 10-unda, təxminən 12-nin yarısı radələrində Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidliyinə qovuşub.

Nəşi 3 gün sonra Yevlax şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra Elçin 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”  “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Məkanı cənnətlik olsun, Nur içində yatsın!

Allah ailəsinə, əzizlərinə səbr versin, Cənnətdəki-Cənnətindəki ilk ad günü mübarək olsun!

16:37

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Əminəm ki, dövlətimizin qayğısı və tükənməz enerji ilə çalışaraq müstəqil Azərbaycanın inkişafı naminə hər zaman öz töhfələrinizi verəcəksiniz”-MEHRİBAN ƏLİYEVADAN TƏBRİK

Read Next

“Ümidimiz yalınız Sizədir…”-20 İLDİR KİRAYƏDƏ YAŞAYAN ŞƏHİD ADƏM ƏLİYEVİN ANASI MƏMURLARDAN ŞİKAYƏT ETDİ, ÖLKƏ PREZİDENTİNDƏN KÖMƏK İSTƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir