Cənnətdəki üçüncü doğum günü olan-35 YAŞLI, AİLƏNİN TƏK OĞLU, 3 ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN ŞƏHİD NOFƏL NURİYEV…

Bu gün Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nofəl Xaliq oğlu Nuriyevin ad günüdür.

Nofəl Nuriyevin bu gün yubiley-35 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Nofəl Nuriyev 1988-ci ilin yanvar ayının 9-da Qızılhacılıda sadə bir ailədə dünyaya gəlib.

Nofəlgil ailədə iki uşaq-bir bacı, bir qardaş olublar.

Nofəl orta məktəbi bitirdikdən sonra Mingəçevir şəhərində yerləşən Tibb Kollecində təhsil alıb.

2011-ci ildə ailə həyatı quran Nofəl 3 övlad, iki qız, bir oğul atası idi.

Evin tək oğlu olan Nofəlin Güllü, Ayşə və Ali adlı övladları var.

Hər iki qızı orta məktəbdə oxuyurlar.

2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan Nofəl Nuriyev İkinci Vətən Müharibəsi zamanı-2020-ci ilin sentyabrın 29-unda Şəhid olsa da, bir müddət onun nəşini neytral ərazidən götürmək mümkün olmayıb.

Yalnız 11 gündən sonra, oktyabrın 10-da nəşini “neytral”dan götürmək mümkün olub və o, elə həmin gün Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”“Laçının azad olunmasına görə”  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəsi, valideynləri isə övladlarının ölkənin ən ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edirlər.

Bu yerdə qeyd edək ki, Nofəl Nuriyevin xalası oğlu İlkin Vəliyev də İkinci Vətən Müharibəsi Şəhididir.

İlkin Nofəlin Əbədiyyətə uğurlanmasından 16 gün sonra Şəhid olub və 2020-ci ilin oktyabr ayının 26-da torpağa tapşırılıb.

Məqamları Uca, məkanları cənnətlik olsun!

Nofəl Nuriyevin də Cənnətdəki üçüncü ad günü, mövludu, 35 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Milli Məclisin sədri-ANTALYADADIR – YENİLƏNİB

Read Next

“Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında…”-İLHAM ƏLİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir