Cərimələr artırılır?…

Yeni cərimə sanksiyası

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi qəbul olunub.

Etikxeber.az xəbər verir ki, məcəlləyə yeni – 600-1 (şəxsi işlərin aparılması qaydalarının pozulması) maddəsi əlavə edilib.

Maddəyə əsasən, “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq müəyyən edilən şəxsi işin aparılması qaydalarının tələblərinin kadr qurumlarının vəzifəli şəxsləri tərəfindən pozulmasına görə 400 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Deputatlar diplomatların “savaş”ından danışdılar və …

Read Next

Vahid maaş cədvəli olsun – MİLLƏT VƏKİLİNDƏN TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir