“Cəsarətli olun axundlarımız, Ruhaninin Ermənistana səfərini tənqid edin!” – POLİTOLOQDAN ÇAĞIRIŞ

“İran prezidenti Həsən Ruhaninin dekabrın 21-də Ermənistana səfər edəcəyi xəbəri təsdiqlənib. Həsən Ruhani İrəvanda ermənistanlı həmkarı Serj Sərkisyanla iki ölkə arasında bir neçə əməkdaşlıq sənədi imzalanacaq. İki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək. İsrailin baş naziri Benyamin Netanyahu bir neçə gün öncə Bakıya gələndə İran rəsmiləri və din xadimləri haray-həşir saldılar, nə bilim “müsəlman torpaqlarını işğal edən, müsəlmanları qətlə yetirən şəxs Azərbaycana getməməlidir” kimi şüarlar irəli sürdülər”.

Etikxeber.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, İranın dini liderinin Ərdəbildəki nümayəndəsi isə daha irəli gedərək, Azərbaycan Respublikasının əhalisini Netahyahunun səfərinə etiraz etməyə çağırdı.

“Bəs bizimkilər niyə surur? Qafqaz Müsəlmanları İdarəsinin ya rəhbəri, ya da müavinlərindən biri Həsən Ruhaninin İrəvana səfərinə elə iranlı din xadimlərinin eyni şüarı ilə etiraz etməlidir: “İran prezidenti müsəlman torpaqlarını işğal edən, müsəlmanları qətlə yetirən və məscidləri dağıdan ölkəyə səfər etməməlidir”.

Cəsarətli olun yerli axundlarımız, Sizlərdən biri bu həftəki Cümə namazında İran prezidentinin işğalçı Ermənistana səfərini tənqid edin!”-deyə, o, sözlərinə əlavə edin.

Etikxeber.az

Read Previous

Neftin qiyməti bahalaşır

Read Next

“Real Madrid” klubu tarixində ikinci dəfə klublararası dünya çempionu olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir