Çətin və maraqlı qrupa düşdük – QURBAN QURBANOV

Çətin və maraqlı qrupa düşdük. Bir tərəfdən sevindirici haldır ki, “Arsenal” və “Sportinq” kimi avrokuboklarda təcrübələri olan klublarla qarşılaşacağıq.

Etikxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasiminin nəticələri barədə açıqlamasında deyib.

qurbannnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn

Q.Qurbanov qeyd edib ki, ötən mövsümdə qrupdakı rəqiblər də çətin idi:

“Ağır oyunlar keçirdik. Ən azından azarkeşlərimiz bu matçlardan həzz aldılar, bəzi oyunlar bizim üçün arzuolunmaz oldu. Hər bir halda, elə böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu. Eləcə də bu mövsümdə azarkeşlərimiz bu komandalarla oyunları səbirsizliklə gözləyəcək, biz də onların etimadını doğrultmağa çalışacağıq. Bu qrupda hər bir oyunumuz çətin olacaq”.

Etikxeber.az

Read Previous

“Qarabağ”ın rəqibləri məlum oldu – PÜŞKATMA

Read Next

Qrizman Avroliqanın 2017-2018-ci il mövsümünün ən yaxşı futbolçusu seçildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir