“Cabbar kimi oğullarımız olduqca, bu Vətən sağ olacaq, toxunulmaz qalacaq!” – ƏFLATUN AMAŞOV

Bayrakları bayrak yapan üstündeki kandır,
Toprak, eğer uğrunda ölen varsa vatandır.

Yaşadığımız torpağın bizim üçün Vətən olduğunu sübut edən igid oğullarımız həmişə olub. Şəhidimiz Cabbar Zeynalov da öz adını həmin oğulların sırasına yazdı. Ölümü ilə əbədi ölməzlik qazanaraq yazdı. Bu gün doğulub boya-başa çatdığı Saatlı onu – öz Şəhidini son mənzilə yola saldı.

Cabbarın atası Firidun kişiyə başsağlığı verib səbr dilədim.

O isə əzab dolu sifətinə, dolmuş gözlərinə, qubar bağlamış ürəyinə hökm edərək ‘Vətən sağ olsun!’ söylədi.

Elə indi də onun dilindən çıxardığı bu müqəddəs cümlənin təsirindəyəm.

Bəli, Cabbar kimi oğullarımız olduqca, bu Vətən sağ olacaq, toxunulmaz qalacaq!

Şəhidimizin ailə üzvlərinə, doğmalarına, əzizlərinə, yaxınlarına bir daha başsağlığı verirəm.

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun!

amasov

Əflatun AMAŞOV,

Millət vəkili, Mətbuat Şurasının sədri

Etikxeber.az

 

Read Previous

Gökçek də istefa verir – ŞƏNBƏ GÜNÜ

Read Next

Zidan, Vieqman, Buffon, Ronaldu, Martens,Kone və Jiru… VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir