Çağırışçılar təyin olunduqları xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılacaq

Gələn ilin yanvarında Azərbaycanda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar təyin olunduqları xidmət yerləri barədə dekabrın 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən SMS vasitəsilə məlumatlandırılacaqlar.

Xidmətdən Etikxeber.az-a bildiriblər ki, bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növü barədə məlumatı dekabrın 26-dan bu qurumun internet saytının “Elektron xidmət” bölməsində özləri haqqında tələb olunan məlumatları daxil etməklə dəqiqləşdirə bilərlər.

Müddətli həqiqi hərbi xidmətə göndərilən şəxslər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hərbi hissəyə düşdükləri barədə məlumat ala bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

Qurumun internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan əvvəl – dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir.

Etikxeber.az

Read Previous

Prezident Polis Akademiyasının yeni tədris binasının açılışında – FOTO

Read Next

“İstərdim ki, bu kitab Türkiyədə geniş yayılsın…” – ELMİRA AXUNDOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir