Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Vətənimizin güclənməsi və milli maraqlarımızın qorunması istiqamətində fəaliyyətim davam edəcək.
Etikxeber.az xəbər verir ki, bunu vitse-spiker Adil Əliyev deyib.
“Əziz dostlar, hörmətli qardaş və bacılarım! Milli Məclisin sədr müavini seçilməyimlə əlaqədar göstərdiyiniz diqqət üçün öz dərin təşəkkürümü bildirirəm. Üzrlü hesab edin ki, hər birinizə ayrı-ayrılıqda cavab yaza bilmirəm. Çünki dünəndən bu günə qədər, minlərlə təbrik mesajı almışam. Təbriklər hələ də davam edir. Dəstəyiniz və diqqətiniz məni daha da ruhlandırır. Çalışacağam ki, məni göstərdiyiniz etimadı doğruldum.Vətənimizin güclənməsi və milli maraqlarımızın qorunması istiqamətində fəaliyyətim davam edəcək. Nə yaxşı ki, varsınız.Var olun!”-deyə, o, əlavə edib.

Etikxeber.az





