Çamadandan “beşbarmaq” çıxdı

Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal gömrük proseduru altında yüklə daxil olan yük avtomobili “HCVG viZual – Smiths Detection” yoxlama-baxış sistemindən keçirilib.

Dövlət Gömrük Komitəsindən Etikxeber.az-a verilən məlumata görə, Türkiyə vətəndaşının idarə etdiyi həmin avtomobil yoxlama-baxış sistemindən keçərkən qurğunun monitorunda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvir görünüb.

Avtomobilə təkrar baxış zamanı, yük yerində “invoys”da göstərilməyən və gömrük orqanına bəyan olunmayan 50 ədəd “Silver” markalı toster, 3 ədəd “PO602” markalı pizza bişirən elektrik sobası, 15 ədəd “PİMAK” markalı 4 seksiyalı və 2 ədəd “PİMAK” markalı 3 seksiyalı dönər bişirən avadanlıqlar aşkar edilib.

Bundan başqa Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatıyla baxış zamanı monitorda “beşbarmağ”ın təsviri görünüb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşa məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasında 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

XİN Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

Read Next

Gürcüstan Prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir