Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Baxçalıdan sərt sözlər: ABŞ-la “FETÖ”-nü bir-birindən ayırmaq olmaz
MHP genəl başqanı Dövlət Baxçalı partiyasının TBMM-dəki qrup toplantısında bir sıra önəmli mesajlar verib.
Etikxeber.az xəbər verir ki, Baxçalı çıxışında xüsusilə, ABŞ və FETÖ-nü hədəf alıb, PYD-YPG-yə qarşı sərt ifadələr səsləndirib.
“FETÖ”nü ABŞ -dan ayrı düşünmək, onların ayrı fəaliyyət göstərdiyini iddia etmək gəldiyimiz bu aşamada-mərhələdə məqbul bir izah tərzi olmayacaq və ola da bilməz. “Qaçdı-tutdu”ya da lüzum yoxdur, qıvranmağa heç gərək yoxdur. Qapanmamış bir hesabımız var, tez, ya da, gec, bu hesab görüləcək” – deyə, Baxçalı bildirib.
Baxçalı həmçinin terror təşkilatlarının meydan suladığı və Türkiyəyə təhdid yaradan Suriyanın Afrin bölgəsinin terrorçulardan təmizlənməsini, oradakı terrorçu düşərgələrinin birdəfəlik məhv edilməsini də sözlərinə əlavə edib:
“Qorxaq və qaçaq yaşamaqdansa, qəhrəmancasına ölməyi tərcih edirik, üstün tuturuq. Bu məsələdə hökümətin can bahasına olsa belə, yanındayıq. İgid əsgərlərimizin duaçısıyıq. Allah qəzamızı mübarək qılsın. İlahi yardımını bizlərdən əsirgəməsin”.
Etikxeber.az