Cani Sarkisyanın qardaşı və qardaşı oğlu tutuldu…

The 16th regular congress of the Republican Party of Armenia took place at the Sports and Concert Complex after Karen Demirchyan

Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarkisyanın qardaşı Aleksandr (Saşik) Sarkisyan  iyulun 4-də Parisə uçmaq istəyərkən “Zvartnots” hava limanında Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Etikxeber.az məlumat verir ki, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb.

sarkisyan

ermeni1

ermeni2

Hadisədən sonra A. Sarkisyanın evində axtarış başlayıb. Axtarış nəticəsində xeyli pul, silah və rəsm əsəri aşkarlanaraq götürülüb.

Aleksandr Sarkisyanın oğlu Ayk da saxlanılıb.

Ona qarşı 2007-ci il aprelin 1-də Yerevanda David Simonyan adlı şəxsin odlu silahdan açılan atəşlə yaralanması ilə əlaqədar ittiham irəli sürülüb. Bu fakt üzrə daha əvvəl bağlanan cinayət işi yenidən açılıb.

D. Simonyana Ayk Sarksiyanın atəş açdığı bildirilir.

Aleksandr Sarkisyanın digər övladı Narek Sarkisyan isə qanunsuz silah-sursat əldə etmək, saxlamaq, eləcə də iri miqdarda narkotik saxlamaqda ittiham olunur.

Etikxeber.az

Read Previous

Millət vəkilləri ATƏT PA-da nədən danışacaqlar?

Read Next

Deputatlarımız tətil edəcəklərmi? – SORĞU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir