“Canını Vətən uğrunda qurban vermiş əziz şəhidlərimizlə hər zaman qürur duyacağıq…”-MM-İN KOMİTƏ SƏDRİ NÖVBƏTİ DƏFƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞDÜ – FOTOLAR

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Ramazan bayramı günlərində Tovuz şəhərində, bu şəhərin 44 günlük Vətən Müharibəsində şəhid olmuş sakinlərinin ailə üzvləri ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, görüşdə Vətən Müharibəsi Qəhrəmanı, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Orxan Rövşən oğlu Cabbarov (16.10.1995, Tovuz – 09.11.2020, Şuşa), “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Ceyhun İqabl oğlu İsmayılov (25.09.1996, Tovuz – 2020, Füzuli), “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Elmar Cəbrayıl oğlu Şirinov (09.03.2002, Xatınlı, Tovuz – 08.11.2020, Şuşa), “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Amil Bədrəddin oğlu Rüstəmov (10.12.1995, Bayramlı, Tovuz – 08.11.2020, Şuşa), “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Elcan Famil oğlu Cəlilov (26.02.1996, Tovuz –07.11.2020, Xocavənd) və “Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhid Cavid Natiq oğlu Hüseynovun (03.06.2001, Tovuz – 31.10.2020, Xocavənd) ailə üzvləri iştirak edib.

Şəhid ailəsi üzvlərini dinləyən Q.Paşayeva, fədakar Vətən oğullarının həyat və döyüş yolu ilə yaxından maraqlanıb, ailələrin qayğılarını öyrənib, öz ürək sözlərini bölüşüb və onları Ramazan bayramı münasibəti ilə təbrik edib:

“Əziz şəhid ailələri, Siz Vətən uğrunda şəhid olmuş əsgərlərimizin doğmaları, ailə üzvlərisiz. Canını Vətən uğrunda qurban vermiş əziz şəhidlərimizlə hər zaman qürur duyacağıq. Şəhidlərimizin əziz ruhu qarşısında ehtiramla baş əyirik! Sizlərə – şəhidlərimizin ailə üzvlərinə minnətdarıq! Vətən Müharibəsindəki tarixi zəfərimizin sevinc və qürurunu daha çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz. Müqəddəs Ramazan bayramınız mübarək olsun”!

Komitə sədrinin şəhid ailələri ilə görüşündə Tovuz rayon İcra hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə Bayramova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.

Şəhid ailələrinə Komitə və “Nəfəs” İB adından yazılmış məktublar, eləcə də Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

Etikxeber.az

Read Previous

Daha 472 yeni yoluxma-DAHA 11 ÖLÜM…

Read Next

“Şəhidimlə, Şəhidlərimizlə bağlı ev-muzeyi təşkil etmək istəyirəm və…”-ŞƏHİD ANASI SİMUZƏR BAĞIYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir