“Canlı formada suallarınızı cavablandırmaq, təkliflərinizi eşitmək istəyirəm…”-DEPUTAT SEÇİCİLƏRİNƏ SƏSLƏNDİ

Millət vəkili Bəhruz Məhərrəmov seçicilərinə, biləsuvarlılara səslənib.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili bunları deyib.

“Bu gün canlı formada suallarınızı cavablandırmaq, təkliflərinizi eşitmək istəyirəm. Əgər texniki bir problem çıxmasa axşam saat 20.00 üçün “Facebook” üzərindən canlı yayım edəcəyik.Sadəcə, əvvəlcədən elan edim ki, yayım zamanı yalnız və yalnız faktlara əsaslanmalıyıq, dəqiq bilmədiyimiz məsələlər üzrə, əlimizdə fakt olmadığı halda kimisə ittiham etsək, böhtan, yaxud, təhqirə yol vermiş olarıq ki, bu da cinayət məsuliyyətinə səbəb olar.

Xahiş edirəm, bu paylaşımı mümkün qədər çox Biləsuvar sakini arasında yayın, “Facebook”a çıxış imkanı olmayan şəxsə digər ilə ailə üzvləri kömək etsin, lakin unutmayaq, karantin rejimi tələblərini pozmaq olmaz. və bir də, canlı yayım necə olur, nədir, xahiş ediəm bilənlər bilməyənlərə elə şərh bölümündə izah etsin, nəzərə alın, hər kəsə tək-tək bu mövzuda izahat üçün fiziki imkanım yoxdur”.

Etikxeber.az

Read Previous

SEPARATÇILAR “SEÇKİNİ” NİYƏ TƏXİRƏ SALMADILAR?-Politoloq yazdı

Read Next

MN-dən hərbi xidmətə çağırışla bağlı-AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir