ÇAPAY SULTANOVUN GÖYLƏRİ – Deputat yazdı

Onu Azərbaycan cəmiyətinin heç 1 faizi tanımadı.

Lakin Çapay Sultanov kimi elm nəhənginin miqyası qətiyyən bundan kiçilmədi, əksinə tükənməz irsinə müraciət edənlərin sayı milyonları keçdi və gələcək 100 illərdə bir xalqın adını bütün qitələri dolaşdıracaq tükənməz xəzinəyə çevrildi.Hər bir ölkənin coğrafi ölçüsü onun zəka sahiblərinin miqyası boyda böyüyür və heç zaman işğal olunmur. Neftə sərvət kimi baxan bir millət üçün əsil alternativ idi, Çapay Sultanov.

Nə qədər isti qəlblərdə yerini olduğunu deyə bilməsəm də onun kitabları evimin qərar tutduğu möhkəm özüllər sayıla bilər.

Sovetlər Birliyinin çöküşü və Qafqazı araşdıran institutların, neft səltənətinin imperiyalar yaradan və dağıdan gücündən onlarla akademik quruluşun işini gördüyünə görə bir çox çirkin ağızlar onu kənar beyin məhsullarına cilid çəkən “ konveyer” adlandırırdılar.

Nə etməli, siyasətdə olduğu kimi, elm dünyasında da “qəlp alimlər” həqiqi elm fədailərinin kölgəsini qılınclamağı yeganə mövcudluq forması sayırlar.Amma bundan ümmandan nə əskilər ki..

“Made in Azərbaycan” brendi üçün axtarışlara baş vuranlar Çapay Sultanovu unutmasınlar.

Onun ölümü haqda xəbəri rayon səfərimdə eşitdim.İçimdə bir tel qırıldı.Hə, obrazlı olaraq deyilmiş sözlər doğruymuş, göylərdən bir topa ulduz və ya kometlər yerə düşəndə aydınlıqlar bir az azalır və dünya kiçilirmiş.

Amma onun qəbri çox nurludur və parlamaq istəyən milyonların yoluna hər zaman işıq saçacaqdır.

Çünki ruhu uca göylərdədir!

Zahid ORUC,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Terrorçuların şəbəkələrini birgə məhv etməliyik” – HİNDİSTANLI NAZİR MƏMMƏDYAROVA BELƏ DEDİ – FOTO – YENİLƏNİB

Read Next

“İşğal bu günə qədər davam edir, amma…” – İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir