“Casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Azərbaycanda həbs olunub”-SƏFİR

Casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Azərbaycanda həbs olunub.

Etikxeber.az məlumat verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AFP-yə açıqlmasında deyib.

O, “Casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Martin Rayan 2023-cü il dekabrın 4-də həbs edilib”-deyə, bildirib.

Diplomatın sözlərinə görə, məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan səfiri qeyd edib ki, Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb.

Martin Rayanın atası Riçard isə AFP-yə bildirib ki, ailə artıq onunla danışıb:

“Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır”.

Qeyd edək ki, Azərbaycan Fransanın iki diplomatını “persona non grata” elan edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji addımı atıb.

Etikxeber.az

Read Previous

“Bu səfər iki ölkə arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verəcək…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Mingəçevirin antiterror Şəhidlərindən olan-XƏYAL CANBAXIŞOVUN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜDÜR, BU GÜN 21 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir