Casusluq edən xarici ölkə vətəndaşı həbs edildi-DTX MƏLUMAT YAYDI – FOTO

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaq olunan cinayət işi üzrə aparılmış araşdırmalar zamanı xarici ölkə vətəndaşı, 1994-cü il təvəllüdlü Ghaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan Respublikası ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Etikxeber.az xəbər verir ki, bu barədə DTX-nın Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, toplanılmış çoxsaylı sübutlar əsasında Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olmuşdur.

Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə araşdırmalar davam edir.

Etikxeber.az

Read Previous

Sıxlıq müşahidə olunan yollar-BAKIDA

Read Next

Dövlət başçısının qol saatı hədiyyə etdiyi “Cəbi” ləqəbli Əfsanəvi Xüsusi Təyinatlı-DOĞUM GÜNÜNDƏ, 37 YAŞININ TAMAMINDA ƏBƏDİYYƏTƏ UĞURLANAN ŞƏHİD-VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI SÜBHAN CƏBRAYILOV…- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir