Cavanşir Feyziyev Soltan Məmmədovla-ƏVƏZLƏNDİ…

Parlamentin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri dəyişib.

Etikxeber.az məlumat verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədovun, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sadiq Qurbanovun namizədliyi irəli sürülüb.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev olub.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

MM-in iclası: BƏHRUZ MƏHƏRRƏMOV MÜXALİFƏTİ TƏNQİD ETDİ, RAZİ NURULLAYEV XƏZƏR SAHİLİNDƏKİ ÇİMƏRLİKLƏRİN “İŞĞAL”DA OLDUĞUNU DEDİ, QÜDRƏT HƏSƏNQULİYEV ŞƏHİD SAMİR ƏLİYEVLƏ BAĞLI MƏSƏLƏNİ QALDIRDI – YENİLƏNİB – (2)

Read Next

Əli Əliyevə 5 aylıq-HƏBS CƏZASI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir