Cavidan İbrahimli…20 yaşında Şəhid oldu…Atası dərdinə dözə bilmədi, qırxına yaxın dünyasını dəyişdi…86 YAŞLI HİKKƏLİ NƏNƏ İSƏ ANASI VƏ QARDAŞLARINI EVDƏN KÜÇƏYƏ ATDI…

Cavidan Nizami oğlu İbrahimli…

İkinci Vətən Müharibəsinin daha bir iştirakçısı, daha bir Qəhrəmanı, daha bir İgidi, daha bir Şəhidi…

44 günlük İkinci Vətən Müharibəsinin Qələbə və Zəfər ilə başa çatmasında rolu, əməyi, zəhməti olan Vətən oğullarından, Vətən sevdalılarından biri…

Cavidan 2000-ci ilin martın 24-də, Novruz bayramı günlərində Bakının Səbail rayonunun Badamdar qəsəbəsində, sadə bir ailədə anadan olub…

O, 2006-2017-ci illərdə Badamdardakı 236 nömrəli tam orta məktəbdə təhsil alıb…

Cavidan orta məktəbi bitirdikdən bir müddət sonra, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub, Vətənə xidmət borcunu yerinə yetirib…

Əsgərliyini başa vurub evinə, ailəsinə döndükdən az sonra yenidən Vətənə xidmətə, İkinci Vətən Müharibəsinə yollanıb, döyüşlərə atılıb…

21 sentyabr tarixində səfərbərliyə cəlb olunan Cavidan həmin ayın 27-dən döyüşlərdə olub…

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Vətən Müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb…

…Və ağır döyüşlərdən birində Vətən yolunda qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb

Cavidan oktyabrın 21-də Şəhid olsa da, Şəhidliyi xəbəri ayın 23-də ailəsinə bildirilib…

Və Şəhidimizin nəşi oktyabrın 24-ündə Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub…

Ölümündən sonra Şəhidimiz Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Xocavəndin azad olmasına görə” medalları ilə təltif olunub…

Şəhid, oğul, övlad acısı yaşayan İbrahimlilər ailəsinin az keçməmiş dərdlərinin üstünə daha bir dərd gəlib…

Oğul, övlad dərdinə, itkisinə dözə bilməyən atası Nizami İbrahimli Şəhidimizin qırxına yaxın dünyasını dəyişib…Oğul-ata İbrahimlilərin ruhları bir-birinə qovuşub…

Amma ailənin dərd-səri bununla da bitməyib…

Şəhidimizin anası Gülüş xanım və iki qardaşı yaşadıqları evdən çıxarılıb, küçəyə atılıb…

Özü də yadlar, başqaları tərəfindən deyil, Şəhidin nənəsi, atasının anası tərəfindən…

86 yaşlı hikkəli, təkəbbürlü…nənə iki övladı ilə Şəhid anasını evdən qovub, küçəyə atıb…

Dünən, 12 iyun tarixində İsmayıllı rayonunda Şəhid ailələrinin görüşündə iştirak edən Şəhid anası Gülüş xanımı dinlədikcə, sadəcə, dəhşət, şok içindəydim…

Bilmədim, bilmirdim nə deyim, nə təsəlli verim…

Sözün bitdiyi, tükəndiyi yer yenə…

Nə deyəsən, nə yazasan, kimi, nəyi suçlayasan bilmirsən…

Şəhid ailəsi hazırda kirayədə yaşayır və onlara əl tutan, kömək edən də yoxdur…

Şəhid ailəsi ümidsiz, çarəsiz bir durumdadır və dövlətdən onlara kömək göstəriləcəyi, əl tutulacağı günü gözləyirlər…

Allah köməkləri olsun, Allah səbrlərini versin!

Allah Cavidanın, cəmi 20 yaşında Vətən yolunda Şəhid olan Vətən sevdalımızın da məkanını cənnətlik etsin, məzarını nurla doldursun!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Babasının adını daşıyan, 3 bacının tək qardaşı, evin tək oğlu, doğum günündə döyüşlərə yollanan, Nazlı adlı balası Vətən əmanət qalan-BİLAL XANLAR OĞLU QƏNBƏROV… – FOTOLAR

Read Next

“Ermənistanda gedən siyasi proseslər, Azərbaycana qarşı revanşist qüvvələrin meydana gəlməsi onun özünə ziyandır…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir