Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Noyabrın 30-da Milli Məclisin (MM) sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Etikxeber.az xəbər verir ki, görüşdə O. Əsədov Azərbaycan-Türkiyə dostluq münasibətlərindən danışıb. Milli Məclisin sədri dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu qeyd edib.
Spiker bildirib ki, parlamentlərarası əlaqələrimiz bundan sonra daha da möhkəmlənəcək və inkişaf edəcək.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu bildirib.
O, qeyd edib ki, ikitərəfli münasibətlərimizin genişləndirilməsi istiqamətində görülən işlər çox önəmlidir.
Türkiyə-Azərbaycan dostluğunun dərin kökləri olduğunu bildirən nazir dost ölkələrimiz arasında əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Etikxeber.az