Noyabrın 26-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrana səfərə gəlib.
Etikxeber.az xəbər verir ki, İran mətbuatının yazdığına görə, M.Çavuşoğlu həmkarı Məhəmməd Cavad Zərif və Prezident Həsən Ruhani ilə görüşəcək.
Görüşlərdə regional təhlükəsizlik, Suriya və İraqdakı toqquşmaların qarşısının alınması və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə məsələləri müzakirə olunacaq.
Etikxeber.az