Çaylarda mövcud vəziyyət necədir?

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-190, Kiçik Qafqazın çaylarında 180-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Etikxeber.az-a verdiyi məlumata görə, yanvarın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 138 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 165 m3/s olmaqla ongünlük normanın 105 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 45 m3/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 79 m3/s təşkil edərək ongünlük normanın 118 faizinə bərabər olub.

Yanvarın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 8 sm azalma, lakin Şirvanda və Bankədə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 431 sm (2016-cı il yanvarın 23-də 440 sm), Şirvanda 321 sm (2016-cı il yanvarın 23-də 317 sm), Salyanda 283 sm (2016-cı il yanvarın 23-də 279 sm), Bankədə 229 sm (2016-cı il yanvarın 23-də 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 150 sm (2016-cı il yanvarın 23-də 175 sm) təşkil edir.
Etikxeber.az

Read Previous

“Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa…” – İLHAM ƏLİYEV

Read Next

Şəhid və şəhid atası aktyorun xatirəsi anılacaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir