Çaylarda sululuq azalıb – Nazirlik

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-210, Kiçik Qafqazın çaylarında 130-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-30 faizini təşkil edir.

Bu barədə Etikxeber.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, oktyabrın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 130 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 6 santimetr azalma qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 88 kubmetr olub.

Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 14 santimetr azalıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə – Surrada 486, Salyanda 340, Bankədə 246, Novruzlu məntəqəsində isə 200 santimetrdir.

Etikxeber.az

Read Previous

Ahıl və kimsəsiz şəxslərin hospitalizasiyası işi yaxşılaşdırılır?

Read Next

Prezident bioloji müxtəlifliyin davamlı istifadəsinə dair Milli Strategiyanı təsdiqlədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir