Çaylarda suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb?

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 110-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-100 faizini təşkil edir.

Bu barədə Etikxeber.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, sentyabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 130 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 24 kubmetrdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik baş verməyib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 santimetr artıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə – Surrada 414, Salyanda 237, Bankədə 197, Novruzlu məntəqəsində isə 125 santimetrdir.

Etikxeber.az

Read Previous

İstehsalçılardan qəbul olunan buğdanın bir tonunun qiyməti 280 manatadək artırıldı

Read Next

İnsan nəyə zaman ayırmalıdır? (Qənirə Paşayeva)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir