Çaylarda suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmayıb – NAZİRLİK

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-200, Kiçik Qafqazın çaylarında 200-220, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir.

Bu barədə Etikxeber.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, dekabrın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 180 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Məntəqədə su sərfi saniyədə 79 kubmetr olub.

Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə – Surrada 463, Salyanda 310, Bankədə 235, Novruzlu məntəqəsində isə 181 santimetrdir.

Etikxeber.az

Read Previous

Maştağa da qazsız qalacaq…

Read Next

Depozit hərracında tələb təklifi kəskin üstələdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir