Ceko Çempionlar Liqasının üçüncü turunun ən yaxşı oyunçusu seçildi…

UEFA Çempionlar Liqasında bu həftə oynanılmış üçüncü turun ən yaxşı futbolçusunun adı açıqlanıb.

Etikxeber.az UEFA-nın saytına istinadla xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Roma”nın bosniyalı hücumçusu Edin Ceko bu turun ən yaxşı oyunçu seçilib.

edin ceko

O, “Liverpul”un misirli hücumçusu Məhəmməd Salahı, “Mançester Siti”nin ispan yarımmüdafiəçisi David Silvani və “Borussiya Dortmunt” komandasının mərakeşli müdafiəçisi Əşrəf Həkimini qabaqlayıb.

Qeyd edək ki, Edin Ceko Çempionlar Liqasının üçüncü turunda doğma meydanda CSKA (Moskva) komandasını 3:0 hesabı ilə məğlub etdikləri matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Etikxeber.az

Read Previous

Münaqişə BMT-nin qətnamələri və ATƏT-in sənədləri əsasında həll edilməlidir – MƏMMƏDYAROV

Read Next

Əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolu var – GÖVHƏR BAXŞƏLİYEVA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir