“Çelsi” icarəyə göndərdi, “Real” yollarını ayırdı…

İngiltərənin “Çelsi” klubu daha iki futbolçusunu icarəyə göndərib.

Etikxeber.az xəbər verir ki, London təmsilçisi qapıçısı Camal Blekmeni Hollandiyanın “Vitess” klubuna icarəyə verib.

“Çelsi” akademiyasının yetirməsi olan 25 yaşlı ingilis qolkiper London klubunun əsas komandasında heç vaxt oynamayıb. Əvəzində o, “Middlsbro”, “Östersun”, “Uikomb”, “Şeffild Yunayted” və “Lids” klublarında icarədə oynayıb.

Hücumçu Lukas Pyazon isə Portuqaliyanın “Rio Ave” klubuna icarəyə göndərilib. 25 yaşlı braziliyalı futbolçu 2013-cü ildən etibarən “Malaqa”, “Vitess”, “Frankfurt”, “Ridinq” və “Kyevo” klublarında icarədə olub.

İcarəyə göndərilməzdən öncə “Çelsi” Pyazonla müqavilənin müddətini də bir illik uzadıb.

lukas silva

Həmçinin, İspaniyanın “Real” klubu futbolçusu Lukas Silva ilə yollarını ayırıb.

2015-ci ildə “Kruzeyro”dan transfer edilən Silva, “kral klubu” ilə cəmi 8 oyunda iştirak edib.

Silvanın “Real”la 2020-ci ilin yayına qədər müqaviləsi var idi.

Etikxeber.az

Read Previous

“Kimin əlinin kimin cibindən çıxdığı hər kəsə bəllidir…” – DEPUTAT SƏRT DANIŞDI

Read Next

“Azəriqaz” bu dəfə Sabunçu və Xəzəri qazsız qoyur…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir