“Çelsi” Lemparda dəvət göndərib

ABŞ-ın “Nyu-York Siti” klubunun yarımmüdafiəçisi Frenk Lempard “Çelsi”yə qayıda bilər.

Etikxeber.az  “The Telegaph” qəzetinə istinadla xəbər verir ki, London klubu veteran futbolçuya təklif göndərib.

İlin sonunda Amerika klubundan ayrılmağa hazırlaşan 38 yaşlı Lempard karyerasını başa vuracağı halda, “Çelsi”də ya məşqçi ya da səfir kimi fəaliyyət göstərəcək. Digər tərəfdən “Sky Sports” kanalı da ulduz futbolçuya şərhçi-ekspert kimi çalışmağı təklif edib.

Qeyd edək ki, F.Lempard 2001-2014-cü illərdə “Çelsi”nin formasını geyinib. O, bu komandanın heyətində keçirdiyi 429 oyunda rekord sayda – 211 qol vurub.

Etikxeber.az

Read Previous

“Müsibəti-Fəxrəddin” tamaşası tezliklə teatrsevərlərə təqdim olunacaq

Read Next

Gənc Tamaşaçılar Teatrı bu həftə bir sıra tamaşalarla çıxış edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir