“Çelsi” tarixində ilk dəfə rekord məbləğə Çin klubuna futbolçu satıb

İngiltərənin “Çelsi” futbol komandasının yarımmüdafiəçisi Oskar özünə yeni klub tapıb.

Etikxeber.az xəbər verir ki, braziliyalı futbolçu qış transfer pəncərəsində Çinin “Şanxay SİPG” klubuna keçəcək. Artıq sözləşmə ilə bağlı bütün məsələlər öz həllini tapıb.

Bu transfer üçün Andre Villaş-Boaşın baş məşqçi olduğu “Şanxay SİPG” “Çelsi”yə 70 milyon avro ödəyəcək. İyirmi beş yaşlı yarımmüdafiəçi yeni komandasının heyətində “Çelsi”də qazandığı həftəlik 105 min avronun dörd qatını alacaq. Bu halda Oskar rekord qiymətə – “Çelsi”nin indiyədək satdığı ən bahalı futbolçu olacaq. Onun illik məvacibi isə 22 milyon avro təşkil edəcək.

Etikxeber.az

Read Previous

“Neftçi”-nin sabiq yarımmüdafiəçisi karyerasını Qazaxıstanda davam etdirə bilər…

Read Next

Leyla Əliyevanın təşəbbüsü ilə poeziya gecəsi keçirildi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir