Çempionlar Liqası: Daha üç vəsiqənin sahibi məlum olacaq

UEFA Çempionlar Liqasında son üç cavab matçı oynanılacaq.

Etikxeber.az xəbər verir ki, pley-off mərhələsinin ikinci oyun günündə səfərdə 1:0 hesabı ilə qalib gələn “Slaviya Praqa” (Çexiya) doğma azarkeşlər önündə “ÇFR Kluj” (Rumıniya) komandasını qəbul edəcək.

Hollandiyada APOEL (Kipr) “Ayaks” komandasının qonağı olacaq. Komandaların Kiprdə baş tutan görüşü qolsuz heç-heçə ilə başa çatıb.

Günün üçüncü qarşılaşması Belçikada oynanılacaq. “Brügge” Avstriyanın LASK kollektivini qəbul edəcək. İlk görüş belçikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, mərhələnin ilk oyun günündə “Srvena Zvezda”, “Olimpiakos” və “Dinamo Zaqreb” qrup mərhələsinə vəsiqə qazanıblar.

Qitənin ən nüfuzlu klub turnirinin püşkatma mərasimi avqustun 29-da Monakoda keçiriləcək.

Etikxeber.az

Read Previous

Avroliqa: “Qarabağ” – “Linfild” – SABAH

Read Next

“Paşinyana sual verirlər ki, övladlarımızın Azərbaycan torpaqlarında nə işi var idi?” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir