Çempionlar Liqası: “Qarabağ”-“Dandolk” – 1:1 – YENİLƏNİB – (4)

“Qarabağ” klubu bu gün  Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq.

Etikxeber.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İrlandiyanın “Dandolk” klubu ilə üz-üzə gələcək.

“Qarabağ” birinci oyunu səfərdə keçirəcək.

 Cari mövsüm qol buraxmayan ağdamlılar uğurlu seriyanı İrlandiyada davam etdirməyə çalışacaq.
Albaniya “Partizani”sini yolundan kənarlaşdıran (0:0, 2:0) Q.Qurbanovun yetirmələri eyni aqibəti “Dandolk”a yaşatmağa köklənib.

Ardıcıl 5 dəfə avrokubokların qrupunda oynayan “Qarabağ” 6-cı uğuruna doğru növbəti addımı atmaq üçün İrlandiyadan sərfəli nəticə ilə dönməlidir. Səfərdə məğlub olmamaq çempionunun işinə yaraya bilər.

Yeddiqat ölkə çempionu ilk raundda Latviya “Riqa”sını penaltilərlə məğlub edən ada təmsilçisi ilə görüşün favoritidir. Bir həftə sonra Bakıda keçiriləcək matç öncəsi bunu Dandolkda da təsdiqləməlidir.

Qeyd edək ki, bugünkü qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
24 iyul
22:45. “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Bartoş Frankovski
Baş hakimin köməkçiləri: Marçin Bonyek, Yakub Vinkler
Dördüncü hakim: Daniel Stefanski (hamısı Polşa)
Hakim-inspektor: Peter Froydfeldt (İsveç)
UEFA nümayəndəsi: Şarl Şaak (Lüksemburq)
Dandolk. “Oriel Park” stadionu

“Rəqibimiz elə bir komandadır ki, həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır. Orta xəttdə çox sürətli və təhlükəli futbolçuları var”.
Bu sözləri isə Q. Qurbanov  deyib.

“Süni örtüklü meydanda oynayacağıq, bu da futbola təsir edir. Təbii örtüklü meydançada oynamaq istərdik, amma hazırda bu haqda fikirləşməyə vaxtımız yoxdur, oyuna tam konsentrasiya olmalıyıq. İlk turun ilk oyununda qeydə alınan heç-heçə növbəti mərhələ üçün faydalı olmuşdu, amma bunu  növbəti oyun haqqında demək olmaz. Bilirik ki, bizə qarşı tam motivasiya olunmuş bir komandaya qarşı oynayacağıq” – deyə Q.Qurbanov qeyd edib.

 ***“Dandolk” – “Qarabağ” oyunu üçün komandaların start heyətləri açıqlanıb.

“Oriel Park” stadionunda baş tutacaq görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner da Silva, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Aylton, Simeon Slavçev, Romero, Mahir Emreli, Abdullah Zubir və Riçard Almeyda yer alıblar.

Meydan sahibi “Dandolk”un heyətində isə meydana Qari Rocers, Şon Qennon, Şon Hoare, Kris Şildz, Maykl Daffi, Patrik Hoban, Ceymi MakQret, Patik MakEleni, Deyn Massey, Robbi Benson və Endi Boyl çıxacaqlar.

Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Oyunu polşalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın referisi Bartoş Frankovskidir. Marçin Bonyek və Yakub Vinkler yan xətt hakimləri olacaqlar. Daniel Stefanski dördüncü hakim funksiyasını yerinə yetirəcək. İsveçli Peter Froydfeldt hakim-inspektor, lüksemburqlu Şarl Şak isə UEFA nümayəndəsidir.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb. Tiranada keçirilmiş ilk matçda hesab açılmasa da, Bakıdakı oyunda Filip Ozobiç və Dani Kintananın qolları (2:0) “Qarabağ”ı növbəti mərhələyə çıxarıb.

“Dandolk” Azərbaycan təmsilçisi ilə qarşılaşan ilk İrlandiya klubu kimi tarixə düşəcək. Bu rəqib birinci təsnifat mərhələsində Latviya “Riqa”sını penaltilər seriyasında üstələyib – 5:4.

Son 5 mövsümdə avrokuboklarda qrupa düşməyi bacaran “Qarabağ”ın heyətində zədəli Bədavi Hüseynov meydana çıxa bilməyəcək. Əvəzində yeni transferlər – cinah müdafiəçisi Faysal Rerrars və hücumçu Maqaye Qeye İrlandiya çempionu ilə görüşlər üçün sifariş olunublar.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 31-də Bakıdakı “Dalğa Arena”da olacaq. Matç saat 21:00-da start götürəcək.

***

Qarşılaşma başlayıb.
Hesab açılmayıb-0:0.
***
Qarşılaşmada hesab açılıb.
Komandamız oyunda erkən qolla hesabı açıb.
Hücumçu Mahir Emreli 5-ci dəqiqədə fərqlənib.

“Qarabağ” 1:0 hesabı ilə öndədir.

***

Oyunda hesab dəyişib.

Dandolkda keçirilən matçın 78-ci dəqiqəsində ev sahibləri hesabı bərabərləşdiriblər – 1:1.

İrlandiyalıların heyətində Patrik Hoban fərqlənib.

***

Oyun başa çatıb.

Qarşılaşma 1:1 hesabı ilə bitib.

Etikxeber.az

Read Previous

İlham Əliyev türk kökənli Boris Consonu təbrik etdi

Read Next

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir