“Real”-“Brügge” – 2:2, “Atalanta”-“Şaxtyor” – 1:2 – “BAVARİYA”DAN MÖHTƏŞƏM QƏLƏBƏ – YENİLƏNİB

Oktyabrın 1-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilib.

Etikxeber.az xəbər verir ki, turun erkən başlayan oyunlarından biri çempionluğa iddialı İspaniyanın “Real Madrid” və Belçikanın “Brügge” klubları arasında olub.

Görüş gözlənilmədən 2:2 hesabı ilə heç-heçə başa çatıb.

Oyunda hesabı erkən qolla qonaqlar açıb. Matçın doqquzuncu dəqiqəsində Emmanuel Dennis fərqlənib. Qoldan 30 dəqiqə sonra E.Dennis yenidən fərqlənib.

Birinci hissə 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Fasilədən sonra madridlilər qollardan birinin əvəzin çıxıblar. Sexio Ramos Kərim Benzemanın cinah ötürməsindən sonra qapıya dəqiq baş zərbə vurub – 1:2.

Matçın 84-cü dəqiqəsində “Brügge” azlıqda qalıb. İkinci sarı vərəqəsini alan Rud Vormer meydandan kənarlaşdırılıb.

Məğlub olmamaq üçün irəli atılan “Real Madrid” oyunun başa çatmasına dörd dəqiqə qalmış hesabı bərabərləşdirməyə nail olub. Kazemiro adını tabloya yazdırıb – 2:2.

Qalan dəqiqələrdə “Real Madrid” cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, “Real Madrid” ardıcıl iki dəfə qələbə qazana bilmir. Belə ki, ispanlar ilk turda Fransanın “Paris Sen-Jermen” klubuna səfərdə məğlub olmuşdu.

“Brüggü” isə öz meydanında Türkiyənin “Qalatasaray” komandası ilə heç-heçə edib.

Günün digər erkən başlayan oyununda “Atalanta” (İtaliya) öz meydanında “Şaxtyor” (Ukrayna) klubuna 2:1 hesabı ilə məğlub olub.

***

Digər oyunların nəticələri:

“Qalatasaray” (Türkiyə) – “Paris Sen-Jermen” (Fransa) – 0:1.

Xal durumu: “Paris Sen-Jermen” – 6, “Brügge” – 2, “Qalatasaray” – 1, “Real Madrid” – 1.

“B” qrup:

“Srvena Zvezda” (Serbiya) – “Olimpiakos” (Yunanıstan) – 3:1,

“Tottenhem” (İngiltərə) – “Bavariya” (Almaniya) – 2:7.

Xal durumu: “Bavariya” – 6, “Srvena Zvezda” – 3, “Tottenhem” – 1, “Olimpiakos” – 0.

“C” qrupu:

“Mançester Siti” – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:0.

Xal durumu: “Mançester Siti” – 6, “Dinamo Zaqreb” – 3, “Şaxtyor” – 3, “Atalanta” – 0.

“D” qrupu:

“Yuventus” (İtaliya) – “Bayer Leverkuzen” (Almaniya) – 3:0,

“Lokomotiv” (Rusiya) – “Atletiko Madrid” (İspaniya) – 0:2.

Xal durumu: “Yuventus” – 4, “Atletiko Madrid” – 4, “Lokomotiv” – 3, “Bayer Leverkuzen” – 0.

Etikxeber.az

Read Previous

“Bu, rəssamın çoxdankı arzusu idi…” – ANAR ƏLƏKBƏROV

Read Next

“Mətbuat Şurası haqqında” qanuna ehtiyac var” – ƏFLATUN AMAŞOV TƏKLİFİNDƏ İSRARLIDIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir