Çempionlar Liqası: “Yuventus” səfərdə “Monako”nu məğlub etdi – FOTO

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Etikxeber.az xəbər verir ki, İtaliya təmsilçisi “Yuventus” Fransada “Monako” ilə qarşılaşıb. Oyunda hesab 29-cu dəqiqədə açılıb. Qonzalo İquayn İtaliya klubunu hesabda önə çıxarıb. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə böyük qüvvə ilə hücuma atılan “Monako” qapısında ikinci qolu görüb. Argentinalı hücumçu Qonzalo İquayn 59-cu dəqiqədə meydan sahiblərini ikinci dəfə mərkəzə dəvət edib. Qarşılaşmanın qalan dəqiqələri Fransa təmsilçinin çoxsaylı hücumları ilə keçib. Lakin “Yuventus”un etibarlı müdafiə xəttini yarmaq mümkün olmayıb. Oyun İtaliya təmsilçisinin 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, mayın 3-də, həmçinin Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Hollandiya təmsilçisi “Ayaks” turnirin favoritlərindən sayılan Fransanın Avropadakı daha bir təmsilçisi “Lion”u qəbul edib. Bu dəfə də fransızlar meydanı məğlub tərk ediblər. Qarşılama 4:1 hesabı ilə “Ayaks”ın qələbəsi ilə başa çatıb.

Etikxeber.az

Read Previous

Daha bir bürünc medal…

Read Next

Əməkdar artist yenə açıq havada konsert verəcək- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir