Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları – NƏTİCƏLƏR

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Etikxeber.az xəbər verir ki, 7 qarşılaşma baş tutub.

Bu görüşlərdə ən böyükhesablı qələbəyə “Seltik” imza atıb.

Şotlandlar “Nomme Kalyu”nu 5 cavabsız qolla qonaq ediblər.

Ümumiyyətlə, qonaqlar günü qələbəsiz başa vurub.

Evdə oynayanlardan “Ferensvaroş”la “Srvena Zvezda” iki, BATE, ÇFR, “Maribor” isə bir top fərqi ilə qalib gəlib.

Günün yeganə heç-heçəsi İrlandiyada qeydə alınıb. Azərbaycan çempionu “Qarabağ” “Dandolk”la görüşdə hesabı açsa da, üstünlüyü əldən verib – 1:1.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
24 iyul

21:00. BATE (Belarus) – “Rusenborq” (Norveç) – 2:1
22:00. ÇFR (Kluj, Rumıniya) – “Makkabi” (Təl-Əviv, İsrail) – 1:0
22:00. “Ferensvaroş” (Macarstan) – “Valletta” (Malta) – 3:1
22:15. “Maribor” (Sloveniya) – AIK (İsveç) – 2:1
22:45. “Seltik” (Şotlandiya) – “Nomme Kalyu” (Estoniya) – 5:0
22:45. “Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya) – 2:0
22:45. “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) – 1:1

Etikxeber.az

Read Previous

Çempionlar Liqası: “Qarabağ”-“Dandolk” – 1:1 – YENİLƏNİB – (4)

Read Next

Olimpiya Festivalı – AZƏRBAYCAN LİDERLİYİ ƏLDƏN VERDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir