Çempionlar Liqasında ilk yarımfinalçı məlum olacaq – BU GÜN

Bu gün Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start veriləcək.

Etikxeber.az məlumat verir ki, ilk finalçının adına Turində aydınlıq gələcək.

Səfərdə “Monako” üzərində 2:0 hesablı qələbə qazanmış “Yuventus” doğma azarkeşlər önündə əlinə düşən fürsətdən yararlanmağa çalışacaq.  Bu mövsüm Çempionlar Liqasında məğlub olmayan və 6 oyundur qapısından qol buraxmayan Kontenin yetirmələri gənc oyunçulardan formalaşmış rəqibinə təcrübə və səviyyənin fərqini başa salmağa çalışacaq.

“Monako” da cari mövsümdə əla formadadı. “Knyazlıq klubu” Liqa 1-in XXXVI turunda səfərdə “Nansi”dən güclü olub – 3:0. Əsasən hücum oyunçularına güvənən fransızları müdafiəsi ilə dünyada məşhur olan italiyalılara qarşı bu dəfə o qədər də şanslı saymaq olmaz.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunu

9 may

22:45. “Yuventus” (İtaliya) – “Monako” (Fransa)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

İlk oyun – 2:0

Etikxeber.az

Read Previous

Leyla Əliyevanın təşəbbüsü ilə AMOR-un II Universiadasına start verildi – FOTO

Read Next

Atatürkə və mənəvi qızına “dil” uzatdılar…və MƏHKƏMƏLİK OLDULAR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir