Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları başa çadı – NƏTİCƏLƏR

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb.

Etikxeber.az məlumat verir ki, ikinci oyun günündə 3 matç keçirilib.

Liqa yolunda “Olimpiakos” “Krasnodar”ı qəbul edib.

Rəqibini dörd cavabsız qolla darmadağın edən Yunanıstan təmsilçisi qrup mərhələsinə bir addım da yaxınlaşıb.

İsveçrədə də eyni sayda – 4 qol vurulub. “Yanq Boyz”la “Srvena Zvezda” arasında görüşdə məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

Zaqreb “Dinamo”su isə 2 top fərqi ilə qalib gəlib. Xorvatiyalılar öz meydanında iki cavabsız qolla “Rusenborq”u üstələyiblər.

Qeyd edək ki, pley-offun cavab oyunları avqustun 27-28-də keçiriləcək.

Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust
Çempionlar yolu
23:00. “Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya) – 2:2
Assale, 7, Hoarau, 76 (pen.) – Deqenek, 18, Qarsia, 46
23:00. “Dinamo” (Xorvatiya) – “Rusenborq” (Norveç) – 2:0
Petkoviç, 9 (pen.), Orsiç, 28
Liqa yolu
23:00. “Olimpiakos” (Yunanıstan) – “Krasnodar” (Rusiya) – 4:0
Qerrero, 30, Ranceloviç, 78, 85, Podens, 89

Etikxeber.az

Read Previous

“Gənclərə onların cəmiyyətə çox lazım olduğunu anlatmağa qeyri-standart yanaşmalarla təbliğ etmək lazımdır” – MİLLƏT VƏKİLİ

Read Next

Təyyarə hava limanının uçuş-enmə zolağında yandı və iki hissəyə parçalandı – ABŞ-DA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir