Çempionlar Liqasının 2018-2019-cu illər mövsümünün qrup mərhələsinə yekun vuruldu: NƏTİCƏLƏR – FOTO

UEFA Çempionlar Liqasının 2018-2019-cu illər mövsümünün qrup mərhələsinə yekun vurulub.

Etikxeber.az xəbər ki, E qrupunda yel alan “Ayaks” (Hollandiya) doğma meydanda “Bavariya” ilə qarşılaşıb.

Oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra “Bavariya” qrupu lider kimi tamamlayıb.

“Ayaks” isə ikinci pilləni tutub.

Öz meydanında Yunanıstanın AEK klubunu minimal hesabla məğlubiyyətə uğradan “Benfika” mübarizəni Avropa Liqasında davam etdirəcək.

F qrupuna liderlik edən “Mançester Siti” doğma meydanda qrupun autsayderi “Hoffenhaym”dən güclü olub – 2:1. Digər matçda isə Donetskin “Şaxtyor” klubu Kiyevdə Fransanın “Lion” kollektivi ilə qarşılaşıb.

Bu görüşdə “Şaxtyor”a mütləq qələbə lazım olsa da, Fonsekanın yetirmələri bunun öhdəsindən gələ bilməyiblər. Matç 1:1 hesabı ilə başa çatıb. Bu nəticə fransızları pley-offa yüksəldib. “Şaxtyor” isə yoluna Avropa Liqasında davam edəcək.

H qrupunda yer alan “Yuventus” səfərdə İsveçrənin “Yanq Boyz” klubuna gözlənilmədən məğlub olub – 1:2. Qrupun digər oyununda isə “Valensiya” öz meydanında eyni hesabla “Mançester Yunayted”dən üstün olub.

Bu qrupdan “Yuventus” və “Mançester Yunayted” növbəti mərhələyə vəsiqə qazanıblar. “Valensiya” isə Avropa Liqasında mübarizə aparacaq.

Etikxeber.az

Read Previous

“Bakı şəhəri regionun “diplomatik paytaxtı” olaraq…” – HİKMƏT HACIYEV

Read Next

Baş nazirdən “Şimal-Cənub” Nəqliyyat Dəhlizi ilə bağlı – QƏRAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir