Çempionlar Liqasının altıncı turu: NƏTİCƏLƏR – FOTO

UEFA Çempionlar Liqasının altıncı turunun açılış oyununda D qrupunda yer alan İstanbulun “Qalatasaray” klubu qrupunun lideri “Portu”nu qəbul edib.

Etikxeber.az xəbər verir ki, görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qrupda ikinci yerdə olan “Şalke” isə Moskvanın “Lokomotiv” komandasını qəbul edib.

portu

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb (1:0).

Beləliklə, “Portu” qrup lideri (16), “Şalke” (11) isə ikinci pillənin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıblar.

İstanbul təmsilçisinin məğlubiyyətinə baxmayaraq, klub UEFA Avropa Liqasında mübarizənin davam etdirəcək. “Lokomotiv” isə 3 xalla qrupun sonuncu yerində qərarlaşıb.

Həmçinin, PSJ səfərdə “Srvena Zvezda” klubunu darmadağın edib.

“Liverpul” isə öz meydanında “Napoli”yə minimal hesabla qalib gəlib.

Brüqqe – Atletiko (Madrid) 0:0

Monako – Borussiya (Dortmund) 0:2

Barselona – Tottenhem 1:1

İnter – PSV 1:1

Srvena Zvezda – PSJ 1:4

Liverpul – Napoli 1:0

Etikxeber.az

Read Previous

Heydər Əliyevin vəfatından 15 il keçir…

Read Next

Avropa Parlamentində AXC-nin 100 illiyi qeyd olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir