Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk 3 iştirakçının adı bəlli oldu – FOTO- YENİLƏNİB

Avqustun 28-də UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan üç komandanın adları bəlli olacaq.

 Etikxeber.az xəbər verir ki, mərhələnin ilk günündə üç qarşılaşma oynanılacaq.

Hər üç qarşılaşma Bakı vaxtı saat 23:00-da başlayacaq.

“Dinamo Kiyev” doğma arenada “Ayaks” klubunu qəbul edəcək. Bu komandalar arasında ilk oyun 3:1 hesabı ilə Hollandiya təmsilçisinin xeyrinə başa çatmışdı.

Günün digər oyunu Zaqrebdə keçiriləcək. “Dinamo” klubu İsveçrənin “Yanq Boyz” komandasını qəbul edəcək. İsveçrədə baş tutan ilk oyun heç-heçə başa çatmışdı – 1:1.

Macarıstanın “Vidi” klubu Yunanıstan səfərində AEK komandasından ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. İlk görüş yunanların 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Avqustun 29-da play-off mərhələsi çərçivəsində növbəti üç cavab qarşılaşması keçiriləcək:

PAOK – “Benfika” (ilk oyun – 1:1)

“PSV Eyndhoven” – BATE (3:2)

“Zalsburq” – “Çrvena Zvezda” (0:0).

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qalib gələn komandalar UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqlar.

***

UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk üç iştirakçının adı bəlli olub.

Səfərdə Macarıstanın “Vidi” klubuna 2:1 hesabı ilə qalib gələn Yunanıstan təmsilçisi AEK doğma meydanda ilk oyunda əldə etdiyi üstünlüyünü qoruya bilib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb və iki oyunun nəticəsinə görə AEK Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlib.

Səfərdə “Yanq Boyz” klubu ilə heç-heçə edən Xorvatiyanın “Dinamo Zaqreb” klubu doğma meydanda 2:1 hesabı ilə məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.

Günün üçüncü qarşılaşması isə Ukraynanın “Olimpiyski” stadionunda “Dinamo Kiyev” və Hollandiyanın “Ayaks” klubları arasında baş tutub. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Hollandiya təmsilçisi iki oyun nəticəsinə əsasən qrup mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək, Çempionlar Liqasının play-off mərhələsində məğlub olan klublar (“Vidi”, “Dinamo Kiyev”, “Dinamo Zaqreb”) UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaqlar

Etikxeber.az

Read Previous

Prezident Şamaxı və İsmayıllı rayonları ilə bağlı bir neçə Sərəncam imzaladı – YENİLƏNİB

Read Next

Bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin açılışı oldu – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir