Çempionlar Liqasının qrup mərhələsinin V turuna start verildi – NƏTİCƏLƏR – FOTO

Futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin V turuna start verilib.

Etikxeber.az xəbər verir ki, “G” qrupunda İstanbulun “Beşiktaş” klubu doğma meydanda “Portu” ilə 1:1 hesabı ilə heç-heçə edib. Qrupun digər qarşılaşmasında Fransada “Monako” və “Leyptsiq” klubları üz-üzə gəliblər. Görüş Almaniya təmsilçisinin 1:4 hesablı qələbəsi ilə başa çatıb.

uefa-uefa-uefa

“E” qrupunun ilk qarşılaşmasında isə Rusiyanın “Spartak” klubu doğma meydanda Sloveniyanın “Maribor” komandası ilə 1:1 hesablı heç-heçə edib. “Sevilya” isə İspaniyada İngiltərənin “Liverpul” klubu ilə heç-heçə edib – 3:3.

İtaliyanın “Napoli” və Ukraynanın “Şaxtyor” klublarının qarşılaşması isə “F” qrupunun maraqla gözlənilən oyunu idi. Qarşılaşma İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qrupda oynanılan digər qarşılaşmada Hollandiyada təmsilçisi “Feyenoord” səfərdə İngiltərənin “Mançester Siti” klubunun qonağı olub. Qarşılaşma İngiltərə təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatıb – 0:1

“H” qrupunda İspaniyanın “Real Madrid” klubu isə səfərdə Kiprin “APOEL” komandasının qapısından 6 cavabsız top keçirib. Almaniya təmsilçisi “Borussiya” öz meydanında İngiltərənin “Tottenhem” klubuna məğlub olub – 1:2.

Xatırladaq ki, noyabrın 22-də “C” qrupunda yer alan Azərbaycanın “Qarabağ” klubu Bakı Olimpiya Stadionunda İngiltərənin “Çelsi” komandasını qəbul edəcək. Qarşılaşma yerli vaxtla saat 21:00-da start götürəcək.

Etikxeber.az

Read Previous

Zahid Orucun büdcəyə baxışı – MİLLİ MƏCLİSDƏKİ ÇIXIŞI

Read Next

Yevda Abramov büdcə müzakirələrində bahalaşmadan gileyləndi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir