Çempionlar Liqasının qrup mərhələsinin III turuna start verildi – NƏTİCƏLƏR – FOTO

UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turuna start verilib.

Etikxeber.az xəbər verir ki, turun birinci günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar üz-üzə gəliblər.

“E” qrupunda İngiltərə təmsilçisi “Liverpul” Sloveniyada “Maribor”un qonağı olub. Görüş “Liverpul”un 0:7 hesablı qələbəsi ilə başa çatıb. “Spartak Moskva” isə öz meydanında İspaniyanın “Sevilya” klubuna 5:1 hesabı ilə qalib gəlib.

“F” qrupunda yer alan “Mançester Siti” doğma meydanda “Napoli”dən üstün olub-2:1. Qrupun digər qarşılaşmasında isə Hollandiya təmsilçisi “Feyenoord” öz meydanında Ukraynanın “Şaxtyor” klubuna 1:2 hesabı ilə məğlub olub.

Türkiyə təmsilçisi “Beşiktaş” klubunun da yer aldığı “G” qrupunda da maraqlı nəticələr qeydə alınıb. “Beşiktaş” Fransada “Monako”nun qonağı olub. Görüş Türkiyə təmsilçisinin 1:2 hesablı qələbəsi ilə başa çatıb. “Leypsiq” (Almaniya) – “Portu” (Portuqaliya) qarşılamasında isə almaniyalılar 3:2 hesablı qələbəni bayram ediblər.

“H” qrupunun favoriti “Real Madrid” isə doğma meydanda “Tottenhem” ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Qrupun digər oyununda da bərabərlik qeydə alınıb. APOEL öz meydanında “Borussiya Dortmund” ilə heç-heçə oynayıb – 1:1.

Xatırladaq ki, oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun digər oyunları keçiriləcək. Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda İspaniyanın “Atletiko Madrid” klubunu qəbul edəcək.

Etikxeber.az

Read Previous

Bu gün -18 oktyabr Müstəqillik Günüdür!

Read Next

“Müstəqil Azərbaycanımızın müstəqilliyi əbədi və dönməz olsun!” – ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir