Çempionlar Liqasının üçüncü turunun növbəti oyunları – NƏTİCƏLƏR – FOTOLAR

UEFA Çempionlar Liqasının üçüncü turunun növbəti oyunları keçirilib.

Etikxeber.az xəbər verir ki, turun mərkəzi qarşılaşması “Old Traford” stadionunda oynanılıb.

H qrupunda yer alan İngiltərənin “Mançester Yunayted” klubu doğma meydanda İtaliyanın “Yuventus” komandasını qəbul edib. Görüş 1:0 hesabı ilə başa çatıb. Qolu 17-ci dəqiqədə turinlilərin argentinalı hücumçusu Paolo Dibala vurub. Bu, futbolçunun bu turnirdə vurduğu 4-ci qolu olub.

Qrupun digər oyununda İspaniyanın “Valensiya” klubunun komandası səfərdə İsveçrənin “Yanq Boyz” komandasını qonağı olub. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Meydan sahiblərinin heyətində Goran Hoarau, qonaqların isə Mişi Batşuayi fərqləniblər.

Üç turdan sonra H qrupuna 9 xalla “Roma” başçılıq edir, dörd xalı olan “Mançester Yunayted” ikinci, “Valensiya” iki xalla üçüncü, bir xalı olan “Yanq Boyz” isə dördüncü yerdədir.

ronall-barsa-yuve

Bu turnirin son qalibi İspaniyanın “Real Madrid” klubu “Santyaqo Bernabeo” stadionunda Çexiyanın “Viktoriya Plzen” komandasını qəbul edib. Kərim Benzemanın və Marselonun qollarına qonaqlar Patrik Hrosovskiy qolu ilə cavab verib. Görüş “kral” klubu komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

G qrupun digər oyununda Rusiyanın ÇSKA klubunun komandası səfərdə “Roma”ya böyük hesabla məğlub olub (3:0). Edin Ceko (2), Cengiz Ünder fərqləniblər.

Üç turdan sonra G qrupuna 6 xalla “Roma” və “Real Madrid” klubları başçılıq edir. Dörd xalla ÇSKA üçüncü, bir xalla olan “Viktoriya Plzen” sonuncudur.

E qrupunda yer alan Yunanıstanın AEK klubunun komandası doğma meydanda Almaniyanın “Bavariya” komandasını qəbul edib. Qarşılaşmanın ikinci hissəsində almanlar hesabı açmağa nail olub. Matçın 61-ci dəqiqəsində Xavyer Martinez adını tabloya yazdırıb – 0:1. Qoldan iki dəqiqə sonra “Bavariya” hesab arasındakı fərqi iki topa çatdırıb. Belə ki, Rafinyanın cinah ötürməsini komandanın əsas qol silahı sayılan Robert Levandovski dəqiq zərbə ilə tamamlayıb – 0:2. Qalan dəqiqələrdə komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

“Ayaks” (Niderland) və “Benfika” (Portuqaliya) oyununda isə meydan sahiblərinin minimal hesabla qələbəsi qeydə alınıb.

Üç turdan sonra qrupun birinci yerində 7 xalı olan “Bavariya” və “Ayaks” klubları qərarlaşıb. “Benfika” 4 xalla üçüncü yerdədir. AEK-in isə aktivində xal yoxdur.

İngiltərə çempionu “Mançester Siti” səfərdə Ukraynanın “Şaxtyor Donetsk” klubunu 3:0 hesabı ilə məğlub edib. Qalib tərəfdə David Silva, Aymerik Laport və Bernardo Silva fərqləniblər. F qrupunun ikinci oyununda isə Fransanın “Lion” klubu səfərdə Almaniyanın “Hoffemhaym” klubu ilə heç-heçə edib (3:3).

Üç turdan sonra F qrupuna 6 xalla “Mançester Siti” klubu başçılıq edir, beş xalla “Lion” ikinci, aktivlərində iki xalları olan “Hoffenhaym” və “Şaxtyor Donetsk” üçüncü və dördüncü yerləri bölüşürlər.

Qeyd edək ki, E, F, G və H qrupların dördüncü turu noyabrın 8-də keçiriləcək.

Etikxeber.az

Read Previous

Birinci vitse-prezident daha bir açılışda – FOTOLAR

Read Next

Çempionlar Liqasının üçüncü turuna 8 oyunla yekun vurulacaq – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir