Çempionlar Liqasının yarımfinalı – “AYAKS” QƏLƏBƏ QAZANDI – YENİLƏNİB – FOTO

Aprelin 30-da UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün yarımfinal mərhələsinə start verilir.

Etikxeber.az xəbər verir ki, mərhələnin ilk oyun günündə İngiltərə və Hollandiya komandaları qarşılaşacaqlar.

“Tottenhem Hotspur” stadionunda keçiriləcək görüşdə “Tottenhem” doğma azarkeşlər önündə “Ayaks” komandasını qəbul edəcək.

Londonlular dörddəbir finalda İngiltərənin digər təmsilçisi “Mançester Siti”ni, “Ayaks” isə İtaliyanın “Yuventus” kollektivini mübarizədən kənarlaşdırıb.

Meydan sahiblərinin heyətində Serj Orye, Mussa Sissoko və əsas qol silahı sayılan Harri Keyn zədə səbəbindən meydana çıxmayacaqlar.

Həmçinin baş məşqçi Maurissio Paçettino Son Xın Mın, Harri Vinks və Erik Lamelanın da xidmətindən yararlana bilməyəcək.

uefa-cemp

Amsterdamlılarda isə üç futbolçunun oynamayacağı dəqiqdir. Karel Eytinq, Hassan Bande və Vatslav Çerni zədəlidir. Nussair Mazrauinin isə matçda iştirakı sual altındadır.

Komandalar arasındakı cavab oyunu mayın 8-də olacaq.

Mərhələnin digər oyunu isə mayın 1-də İspaniyada təşkil olunacaq. “Barselona” öz meydanında İngiltərənin “Liverpul” klubunu qəbul edəcək. Komandalar arasında cavab oyunu mayın 8-də keçiriləcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

uef-1

 İngiltərənin “Tottenhem” klubu Hollandiyanın “Ayaks” komandasını qəbul edib.

Görüş gözlənilmədən qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1.

Oyunda yeganə qolun müəllifi 15-ci dəqiqədə Doni van De Bik olub.

Bu komandalar arasında cavab qarşılaşması mayın 8-də keçiriləcək.

Mərhələnin digər oyunu mayın 1-də keçiriləcək. Həmin görüşdə İspaniyanın “Barselona” klubu öz meydanında İngiltərənin “Liverpul” komandasını qəbul edəcək.

Etikxeber.az

Read Previous

Millət vəkili qaz limitinin artırılmasını həm təqdir, həm tənqid etdi…

Read Next

“Bu, insanların güzəranına çox ciddi təsir edirdi…” – VAHİD ƏHMƏDOV QAZ LİMİTİNİN ARTIRILMASINI ALQIŞLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir