Çempionlar və Avropa liqası-III təsnifat mərhələsinin bir necə çütlüyü məlum oldu – NƏTİCƏLƏR

Ağdamın “Qarabağ” klubunun avrokubokların III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, bunlar Kiprin “APOEL” və Slovakiyanın “Slovan” (Bratislava) klublarıdır. “APOEL” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqronun “Sutyeska” klubunu mübarizədən kənarlaşdırıb.

Səfərdəki ilk matçda 1:0 hesabı ilə qalib gələn Nikosiya təmsilçisi cavab oyununda da qələbəyə imza atıb – 3:0. Hər 3 qolu Serbiyalı hücumçu Andriya Pavloviç 13-cü, 25-ci və 66-cı dəqiqələrdə vurub. Beləliklə, “Qarabağ” iyulun 31-də İrlandiyanın “Dundalk” klubunu üstələyəcəyi təqdirdə, məhz “APOEL”lə qarşılaşacaq.

Bu klubların arasında ilk oyun avgustun 6-da Nikosiyada, cavab görüşü isə avgustun 13-də Bakıda təşkil olunacaq.

Azərbaycan təmsilçisi “Dundalk” səddini keçə bilməsə, mübarizəni UEFA Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Bu zaman isə rəqib “Slovan” olacaq. Slovakiya komandası II təsnifat mərhələsində Kosovonın “Feronikelis” klubunu evdə 2:1, səfərdə isə 2:0 hesabı ilə məğlub edib. “Qarabağ” bu komanda ilə qarşılaşacağı halda ilk görüş avqustun 8-də səfərdə, cavab oyunu isə avqustun 15-də evdə olacaq.

Qeyd edək ki, “Qarabağ” “Dundalk”la İrlandiyadakı qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1. Cavab oyunu iyulun 31-də “Dalğa Arena”da olacaq. Görüş saat 21:00-da başlayacaq.

Ümumiyyətlə, III təsnifat mərhələsinin 4 cütü dəqiqləşib.

Buna II təsnifat mərhələsinin cavab oyunlarının ilk günündəki 7 oyunun nəticəsi səbəb olub.

Çempionlar yolunda baş tutan 5 görüşdən dördünün qalibləri iki cüt təşkil edib. Liqa yolunda mərhələ adlayan iki klub onları gözləyən rəqiblə qarşılaşacaq.

 Avqustun 6-7 və 13-14-dəki matçlarda Türkiyə vitse-çempionu “Başakşəhər”in də rəqibi bilinib. İstanbullular Yunanıstan “Olimpiakos”u ilə görüşəcəklər.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu

ÇFR (Kluj, Rumıniya) – “Seltik” (Şotlandiya)
”Dinamo” (Xorvatiya) – “Ferensvaroş” (Macarstan)
Liqa yolu
“Başakşəhər” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan)
“Bazel” (İsveçrə) – LASK (Avstriya)

Qeyd edək ki, üç cüt püşkatmadan sonra bəlli idi. Bunlar Liqa yolunda “Krasnodar” (Rusiya) – “Portu” (Portuqaliya) və “Brügge” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna), Çempionlar yolunda PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) cütləridir.

Eyni zamanda, qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin 4 cütü dəqiqləşib.

Bu, Çempionlar Liqası və Avropa Liqasının II təsnifat mərhələsinin baş tutan yeddi qarşılaşmasından sonra müəyyənləşib.

Çempionlar Liqasında uduzan 7 klub Avropa Liqasına yollanıb. Onlardan beşi Çempionlar yolunda mübarizə aparanlardır. Üçünün rəqibi isə Avropa Liqasının Çempionlar yolunda uduzanlardan olub.

Daha bir cüt Çempionlar Liqasının Liqa yolu hesabına dəqiqləşib. Mərhələ adlaya bilməyən “Viktoriya” ilkin raundlardan azad olan “Antverpen”lə üz-üzə gələcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.

Avropa Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu

“Makkabi” (Təl-Əviv, İsrail) – “Suduva” (Litva)
“Ararat” (Ermənistan) – “Saburtalo” (Gürcüstan)
“Düdelanj” (Lüksemburq) – “Nomme Kalyu” (Estoniya)
Əsas yol
“Antverpen” (Belçika) – “Viktoriya” (Çexiya)

Etikxeber.az

Read Previous

“İnkişafı güclü infrastruktur təminatı olmadan təsəvvür etmək mümkün deyil…” – DEPUTAT

Read Next

FHN 3 nəfərin həyatını xilas etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir