Cerard “Liverpul”un akademiyasında məşqçilik edəcək…

Əfsanəvi futbolçu Stiven Cerard “Liverpul”a qayıdıb.

Etikxeber.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, futbolçu klubun akademiyasında məşqçilik edəcək.

Bildirilib ki, karyerasını 2016-cı ildə bitirmiş 36 yaşlı veteran futbolçu akademiyanın bütün yaş qruplarına nəzarət edəcək.

Qeyd edək ki, 1998-2015-ci illərdə formasını geyinmiş Cerard klubla 9 müxtəlif yarışda mükafat qazanıb, turnirlərdə 690 oyun keçirib. Onun aktivində 180 qol və 100 məhsuldar ötürmə var. İngiltərə millisinin sabiq yarımmüdafiəçisi komandası ilə iki dəfə ölkə kuboku, superkuboku, üç dəfə liqa kuboku, UEFA Çempionlar Liqası və Avropa Liqasını qazanıb.

Cerard futbolçu karyerasına isə ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda son verib.

Etikxeber.az

Read Previous

Meylə Tramp bir araya gələcək…

Read Next

Robot texnikası bazarının həcmi iki dəfədən çox artacaq?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir